Atasının qisasını oğlundan aldı
Bizi izləyin

Qırmızı.az

Atasının qisasını oğlundan aldı

Tərtər rayonunda bıçaqlanma hadisəsi olub. Rayonun Sarov kənd sakini 51 yaşlı Mayıl Hüseynov həmkəndlisi 24 yaşlı Yelmar Abbasovu qarın nahiyəsindən bıçaqlayaraq ona ağır dərəcəli bədən xəsarəti yetirib.

Tərtər rayon polis şöbəsindən Publika.az-a verilən məlumata görə, hadisə münaqışə zəminində baş verib. Yaralı dərhal rayon mərkəzi xəstənasına çatdırılıb. Hazırda vəziyyəti həkimlər tərəfindən orta ağır qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən Mayıl Hüseynov polisə ifadə verərək bildirib ki, Yelmar Abbasovu atasına görə vurub:

“Atasi ilə uzun illərdir ki, düşmənçiliyimiz var. Hər dəfə onunla üz-üzə gələndə dəli olmaq dərəcəsinə çatırıdm. Hadisə günü fürsət düşdü, bıçağı götürüb oğlu Yelmarı vurdum. Amma urəksiz vurdum”.

Hadisəni intiqam almaq məqsədi ilə törətdiyini etiraf edən Mail Hüseynov onu da əlavə edib ki, Yelmarın atası vaxtında cəzasını çəksəydi, bu hadisə də baş verməzdi.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, hadisə qan davasına görə olub. Hazırda araşdırmalar aparılır.

Faktla bağlı Tərtər rayon polis şöbəsində qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi açılıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm