“Mən kiməm ki, Şahin Sultanovu himayə edim” - MÜSAHİBƏ
Bizi izləyin

Qırmızı.az

“Mən kiməm ki, Şahin Sultanovu himayə edim” - MÜSAHİBƏ

Azərbaycanın Müdafiə Nazirliyinin (MN) Hüquq İdarəsinin rəisi, polkovnik Rauf Kişiyevin Publika.az-a müsahibəsi:

– Hazırda həbsdə olan Hərbi Dəniz Qüvvələrinin (HDQ) vitse-admiralı Şahin Sultanovun vaxtilə şikayəti əsasında həbs edilən hüquq müdafiəçisi Bəxtiyar Məmmədov mətbuata müraciətində bildirib ki, Ş.Sultanov büdcə pullarını mənimsəmək üçün cinayətləri təkbaşına törətməyib. Bəxtiyar Məmmədov sizi də Şahin Sultanovla əlbir olmaqda və onu himayə etməkdə suçlayır. Bu ittihamlardan məlumatınız varmı?

– Oxumasam da, həmin yazıdan xəbərim var. Təbii ki, bütün bunlar cəfəngiyatdır, boş-boş sözlərdir. Mənim adımdan nə deyirlərsə, desinlər. Mən buna əhəmiyyət belə vermirəm. Əsas məsələ odur ki, haqqımda deyilənlər yalan məlumatlardır. Orada deyir ki, guya, mən Şahin Sultanovu himayə edirəm və sairə. Axı mən onu necə himayə edə bilərəm? Mən kiməm ki, onu da himayə edim? Məgər mən nazirəm onu himayə edim? Bütün bunların hamısı boş və cəfəng sözlərdir. Onun məqsədi də nədir, mən hələ bunu bilmirəm. Allah bilir, onun məqsədi nədir.

–Şahin Sultanovla münasibətiniz olub?

–Necə yəni, olub? Biz bir neçə il eyni strukturda işləmişik. Mən indi durub deyim ki, Şahin Sultanovu tanımıram və ya onunla heç bir münasibətim olmayıb, bu, doğru çıxmaz. Eyni strukturda işləyən adamlar necə bir-birini tanımasın? Hər halda mənim onun fikirlərinə şərh vermək fikrim yoxdur.

– Bəzi mətbu orqanlarda məlumat yayılıb ki, guya, ölkədəki hərbi xidmətdə olan əsgərlərə namaz qılmaq və Ramazan ayında oruc tutmaq qadağan edilib.

– Onu harada yazıblar, bilmirəm. Vallah mənim belə şeydən xəbərim yoxdur. Yaxşı olar ki, siz bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayasınız. Çünki onlar bundan məlumatlı olarlar. Mənim bu barədə məlumatım yoxdur.

– Bəs bu cür qadağa hüquqi baxımdan nə qədər doğrudur?

–Yox, mən belə şeyin olmasına inanmıram. İnanmıram ki, nazirlik belə bir göstəriş versin.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm