Gülər Əhmədova Ali Məhkəməyə şikayət edəcək
Bizi izləyin

Qırmızı.az

Gülər Əhmədova Ali Məhkəməyə şikayət edəcək

Sabiq deputat Gülər Əhmədova barəsində çıxarılan məhkəmə hökmündən Ali Məhkəməyə kasasiya şikayəti verəcək

Sabiq deputat Gülər Əhmədova barəsində çıxarılan məhkəmə hökmündən Ali Məhkəməyə kasasiya şikayəti verəcək.

Bu barədə AzVision.az-a vəkil Əfsər Talıbov məlumat verib.

Vəkilin sözlərinə görə, şikayətlə bağlı sənədlər sabah Ali Məhkəməyə təqdim olunacaq.

“Ali Məhkəmnəyə kasasiya şikayəti verəcəyik. Apellyasiya şikayəti təmin olunmayıb demək düzgün deyil. Bizim istəyimiz odur ki, məhkəmə istintaq baxışı ilə keçirilsin. Apellyasiya bunu etmədi. Buba görə də biz Ali Məhkəməyə kasasiya şikayəti verəcəyik. Sənəd artıq tam hazırdır, sabah Ali Məhkəməyə təqdim olunacaq”-deyə vəkil vurğulayıb.

Qeyd edək ki, keçmiş deputata Gülər Əhmədovaya Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib. Eks-deputat hökmdən Apellyasiya Məhkəməsinə şikayət etsə də təmin edilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm