• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Sərsəngdə humanitar faciənin qarşısını necə almaq olar?

Sərsəngdə humanitar faciənin qarşısını necə almaq olar?

25 yanvar 2014-cü il tarixdə Bərdə şəhərində yerləşən Elektron kitabxanada Azərbaycan Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası tərəfindən həyata keçirilən “Sərsəng-humanitar faciənin qarşısının alınması” layihəsi çərçivəsində “Sərsəng su anbarının meliorasiya şəbəkəsinə təsiri” mövzusunda seminar keçirilmişdir.

Seminarda layihə əlaqələndiricisi Samir İsayev, Meliorasiya və Su Təsərrüfatı ASC-nin Su anbarları və hidroqovşaqların istismarı sektorunun müdiri AbdülrəhimHacıyev, Bərdə rayon İcra hakimiyyətinin aqrar şöbəsinin müdiri Rasim Mustafayev, Tərtərçay Hidroqovşağının İstismarı İdarəsinin rəisi Böyükkişi Cümşüdov, Tərtər Subartezian Quyuları İdarəsinin rəisi Əli Əliyev, Ağdam Suvarma Sistemləri İdarəsinin rəisi Hafiz Əzimzadə, Goranboy Suvarma Sistemləri İdarəsinin baş mühəndisi İsfəndiyar Bayramov, 12 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin müfəttişi Eyvaz Nəcəfov Sərsəng su anbarının nizamsız fəaliyyətinin Tərtərçay hidroqovşağına, meliorasiya şəbəkəsinə, kanal və arxlara, yeraltı suların səviyyəsinə və miqdarına, ekosistemə, torpağın münbitliyinə təsiri barədə təqdimatlar etdilər.

Təqdimatlardan sonra aparılan müzakirələrdə Ağcəbədi, Ağdam, Bərdə, Tərtər, Goranboy, Yevlax rayonlarının Suvarma sistemləri, Subartezian quyuları idarələrinin rəisləri, baş mühəndislər, mütəxəssisləri çıxış edərək, rayon meliorasiya şəbəkələrinə vurulan zərərdən danışdılar.

Seminarda qeyd edildi ki, Sərsəng su anbarından nizamsız su verilməsi nəticəsində hidrotexniki qovşağın beton üzlüklü kanalları aşınır, dağılır və su ötürücü imkanları məhdudlaşır, torpaq arxlar isə təbii və texnogen təsirlər nəticəsində dolur və sıradan çıxır. Nizamsız su verilməsi qiş aylarında verilən suyun bu meliorativ kanallardan daşmasına və təsərrüfatlara zərər vurmasına səbəb olur. Bunun qarsısın almaq üçün hər dəfə Suvarma sistemləri idarələrinin əməkdaşları müvafiq texnika ilə müdaxilə etməli və faciənin miqyasının azaldılması üşün zəruri addımları atmalı olurlar.

Seminarda Sərsəng su bəndinin Azərbaycan Respublikasının hidrotexniki qurğuların ixtisaslaşmış qurumlarının nəzarətindən çıxması barədə narahatlıq səsləndı, Sərsəng anbarından Tərtər çayına və meliorasiya şəbəkəsinə vaxtaşırı partlamamış mina və hərbi sursatın axıdılması bildirildi, Sərsəng su bəndinin nəzarətsiz qaldığı şəraitdə dağılması təhlükəsinin real olduğu və bunun qarşısının alınması üçün bəndə nəzarətin Meliorasiya və Su təsərrüfatı ASC-yə qaytarılmasının zəruri olduğu qeyd olundu.

“Sərsəng-humanitar faciənin qarşısının alınması” layihəsi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən həyata keçirilir, məqsədi Sərsəng su anbarının fəaliyyətinə və onun doğuracağı mümkün humanitar faciənin qarşısının alınmasına beynəlxalq ictimaiyyətin diqqətinin cəlb edilməsidir.

Sərsəng su anbarı 1976-cı ildə Tərtər çayı üzərində 726 metr hündürlükdə inşa edilmiş, 125 metr hündürlüyündə bəndə və 560 mln.m3 su tutumuna malikdir. Sərsəng su anbarı ölkənin aşağı Qarabağda yerləşən 6 rayonunun (Ağcabədi, Ağdam, Bərdə, Goranboy, Tərtər vəYevlax) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Həmin rayonların əhalisinin böyük bir hissəsi Tərtər çayının suyundan içməli su kimi istifadə edir. Su anbarında hər birinin gücü 50 mqvt olan 2 ədəd turbindən ibarət Su Elektrik Stansiyası mövcuddur. Hər bir turbinin su buraxma qabiliyyəti 30 m³/san olmaqla SES-dən cəmi 60 m³ su buraxıla bilər. Bundan əlavə suvarma məqsədilə çaya su buraxmaq üçün SES işləmədiyi hallarda anbarın bəndində 6 ədəd siyirtmə quraşdırılmışdır. Bu siyirtmələr vasitəsilə hər biri 5 m³/san olmaqla Tərtər çayına cəmi 30 m³/san su buraxmaq olur. Eləcə də su anbarı dolduğu hallarda qəza sutullayıcısı vasitəsilə 740 m³/san miqdarında daşqın suları Tərtər çayına axıtmaq nəzərdə tutulmuşdur.

Su anbarı 1992-ci ildən Ermənistanın işğalı altında qalıb su anbarına və onun qurğularına 20 ildən artıq müddətdir ki, texniki xidmət göstərilmədiyi üçün o qəza vəziyyətindədir. Bu səbəbdən Sərsəng su anbarının işğal olunmuş ərazilərdə qalması onun aşağı axımında yerləşən 400 min nəfər əhali üçün ciddi təhlükə yaradır.

Ətraflı məlumatıwww.sarsang.org Internet səhifəsindən, www.facebook.com/sarsangFacebook səhifəsindən, layihənin əlaqələndiricisi Samir İsayevdən almaq mümkündür.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR