
Bakı şəhərində yerləşən və BŞTİ-nin tabeçiliyində olan məktəblərə xüsusi istedada malik uşaqların birinci sinfə qəbulu üçün ərizələr elektron formada iyulun 20-dən qəbul ediləcək.
Publika.az-ın məlumatına görə, şagirdlərin qəbulu təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə əmrinə müvafiq olaraq həyata keçiriləcək.
Qeyd edək ki, “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən, I sinfə qəbul həmin il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.
Gülxar