• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Türkiyəli incəsənət xadimləri əsgərlərlə görüşüb - FOTOLAR

Türkiyəli incəsənət xadimləri əsgərlərlə görüşüb - FOTOLAR

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin təşkilatçılığı, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşavirliyinin dəstəyi ilə ölkəmizə səfər etmiş Türkiyənin mədəniyyət və incəsənət xadimləri, sənətçilər Tovuz rayonunda ön cəbhədə ‘”N” saylı hərbi hissədə olub və hərbi hissədə qulluq edən əsgər və zabitlərlə görüşüblər.

Tədbirdə "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin rəhbəri, millət vəkili Qənirə Paşayeva, Tovuz rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə Bayramova, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan, Türkiyədən gəlmiş mədəniyyət və incəsənət xadimləri, sənətçilər iştirak ediblər.

Azərbaycan və Türkiyənin ümummili lider Heydər Əliyevin dediyi kimi "bir millət iki dövlət" olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva iki qardaş ölkə arasında bütün istiqamətlərdə yüksək səviyyədə əməkdaşlığın olmasının sevindirici olduğunu qeyd edib.

Millət vəkili Qənirə Paşayeva torpaqlarımızın işğaldan azad olunacağı günün uzaq olmadığını vurğuladı : “Ali Baş komandan, prezident cənab İlham Əliyev hər zaman bildirir ki, biz torpaqlarımızın bir qarışından belə vaz geçməyəcəyik, torpaqlarımızın bir qarışı nə bazarlıq mövzusu olmayacaq, nə də biz ondan bir qarış belə keçməyəcəyik.

Əgər Ermənistan sülh yolu ilə razılaşmasa , Azərbaycan öz süveren hüqundan istifadə edib istənilən yolla torpaqlarını işğaldan azad edəcək. Arzu edirəm ki, Türkiyədən gəlmiş dostlarımızla gələn bu cür tədbirlərimizi Ali Baş komandanın rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda,Xankəndində, Xocalıda, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək”.

Çıxışının sonunda Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslana və Türkiyədən gəlmiş mədəniyyət və incəsənət xadimlərinə, sənətçilərinə ön cəbhədə hərbi hissədə əsgər və hərbçilərmizlə bu cür tədbirdə iştirak etdiklərinə və hər zaman fəaliyyətlərində Azərbaycanı Türkiyədən ayırmadıqlarını, iki qardaş ölkə arasında əlaqələrin inkişafı üçün çalışdıqlarından ötrü təşəkkür edən millət vəkili Qənirə Paşayeva "inşallah bu cür tədbirlərimizi Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edəcəyimiz gözəl torpaqlarımızda da keçirək, "deyib.

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan hərbi hissədə keçirilən bu tədbirdə iştirak etməkdən qürur duyduğunu və bu tədbirin önəmli olduğunu qeyd edib. Azərbaycan və Türkiyənin bir millət iki dövlət olduğunu, Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında, Azərbaycanın isə hər zaman Türkiyənin yanında olduğunu deyən Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan bu cür tədbirlərin işğaldan azad ediləcək Azərbaycan torpaqlarında, Qarabağda keçirilməsinin ən böyük arzularından olduğunu deyib.

Türkiyədən gəlmiş mədəniyyət və incəsənət xadimləri, sənətçilər hərbi hissədə Azərbaycan əsgər və hərbçiləri ilə birlikdə olmaqdan böyük məmnuniyyət duyduqlarını deyiblər. Sonra hərbi xidmətdə fərqlənən əsgər və zabitlərə millət vəkili Qənirə Paşayeva və qonaqlar adından hədiyyələr təqdim edilib.

Hərbi hissənin rəhbərliyi və millət vəkili Qənirə Paşayeva Türkiyənin mədəniyyət və incəsənət xadimləri, sənətçilərinə Azərbaycanın əsgər və zabitləri adından Azərbaycan əsgərinin hərbi formasını hədiyyə ediblər və bildiriblər ki, “bu ən qiymətli hədiyyədir və biz inanırıq ki, siz hər zaman özünüzü Azərbaycan ordusunun könüllü bir əsgəri kimi hiss edəcəksiniz.”

Azərbaycan əsgərinin formasını geyinən Türkiyənin mədəniyyət və incəsənət xadimləri, sənətçilər "bu həyatımızda aldığımız ən gözəl hədiyyələrin önündə gəlir və hər zaman Azərbaycanın və ordusunun yanındayıq, onun bir əsgəriyik və bu hədiyyədən, bu formanı geyməkdən böyük şərəf və qürur duyuruq" deyərək hər biri əsgər salamı veriblər və gələn tədbirləri birlikdə işğaldan azad edəcəyimiz torpaqlarımızda keçirək deyə arzularını da dilə gətiriblər.

Daha sonra Türkiyədən gəlmiş İstanbul Modern Folk Topluluğu əsgər və hərbçilər qarşısında gözəl konsert proqramı ilə çıxış etdilər. Yüksək səviyyədə keçən konsert proqramı çərçivəsində əsgər və zabitlər öz döyüş bacarırqlarını nümayiş etdiriblər. Konsert proqramından sonra millət vəkili Qənirə Paşayeva, Türkiyənin mədəniyyət və incəsənət xadimləri, sənətçilər əsgər və hərbiçilərlə yemək yeyiblər və onlarla söhbət ediblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR