Bağça müdirəsinin seks kölələri - TƏFƏRRÜAT
Bizi izləyin

Qırmızı.az

Bağça müdirəsinin seks kölələri - TƏFƏRRÜAT

Ağdərə rayon sakini, 1958-ci il təvəllüdlü İzahət Axundova əxlaqsızlıq yuvası təşkil edib və qadınları fahişəliyə cəlb edib.

Teleqraf.com-un araşdırmasına görə, Ağdərə rayon 1 saylı Körpələr evi, uşaq baxçası müdirəsi vəzifəsində işləmiş İzahət Axundova Tərtər rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həbs edilib. İzahət Axundova yaşadığı Tərtər şəhəri, E. Səfərov küçəsi, ev 1 ünvanında yerləşən mənzilində əxlaqsızlıq yuvası təşkil edib. O, yüngül həyat tərzi keçirən Bərdə rayon sakini Vəfa Qocayeva və Tərtər şəhər sakini Pərvin Tağıyevanı öz evində müştərilərlə görüşdürüb.

İzahət Axundova 22 yanvar 2014-cü il tarixdə, saat 21.00-da Anar Həsənovdan 250 manat alıb. O, həmin puldan 50 manat Vəfaya verib. Vəfa aldığı 50 manat pulun müqabilində Anar Həsənovla cinsi əlaqədə olub.

Polis basqını

Təqsirləndirilən şəxs həmin gün Tərtər sakini Anar Hüseynova yüngül həyat tərzi keçirən qadınla görüşdürmək üçün onunla söhbət edib. Anar Hüseynov yüngül həyat tərzi keçirən qadınla görüşməsi üçün İzahət Axundovaya 150 manat pul verib.

İzahət Axundova Anar Hüseynovdan aldığı pulu özündə saxlayıb. Anar Hüseynov həmin evdə Pərvin Tağızadə ilə görüşüb. Anar Hüseynov və Tofiq Həsənov yüngül həyat tərzi keçirən qadınlarla cinsi əlaqədə olduğu zaman İzahət Axundovanın evinə polis basqını olub.

Həmin gün saat 21.45-də Tərtər rayon Polis Şöbəsinin əməkdaşları İzahət Axundovanın evində əməliyyat keçirən zaman Pərvin Tağızadə Anar Hüseynovla, Vəfa Qocayeva isə Tofiq Həsənovla cinsi əlaqədə olub. Adları çəkilən şəxslər polis tərəfindən saxlanılıb.

Fahişə qadınlar cərimə olundu

Polis şöbəsində Pərvin Tağızadə, Vəfa Qocayeva, Tofiq Həsənov və Anar Hüseynovun barəsində inzibati qaydada tədbir görülüb. Adı çəkilən şəxslər cərimə olunandan sonra sərbəst buraxılıblar. İzahət Axundovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, şantajla, əmlakı məhv etməklə və ya zədələməklə, yaxud aldatmaqla, gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) və 244.1-ci (fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddələri ilə cinayət işi başlanıb.

Əxlaqsızlıq yuvası saxlayan qadın bağışlanmasını istədi

zahət Axundovanın cinayət işi baxılması üçün Tərtər rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Nadir Əsgərovun sədrlik etdiyi prosesdə araşdırılıb. Prosesdə ifadə verən İzahət Axundova elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, deyib ki, zərərçəkmişlərlə barışıb. İzahət Axundova hakimlərdən yüngül cəzanın veriməsini istəyib.

Qadınları fahişəliyə cəlb edən baxça müdiri azadlıqda

Məhkəmə zərərçəkmiş və şahid ifadələrini dinlədikdən sonra hökm elan edib. Məhkəmənin hökmü ilə İzahət Axundova barəsində 10 ay 27 gün islah işləri cəzası təyin olunub. Məhkəmə həmçinin onun barəsində 2500 manat cərimə təyin edib. İzahət Axundovanın barəsində seçilmiş həbs qəti imkan tədbiri ləğv edilib və o, məhkəmə zalından azadlığa buraxılıb. İzahət Axundova məhkəmənin hökmündən narazı qalıb və apelyasiya şikayəti verib. O, şikayətində Tərtər Rayon Məhkəməsinin hökmünün dəyişdirilməsini və barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunmasını istəyib. O, daha yüngül həddə cərimə cəzasının təyin edilməsi haqda yekun qərar qəbul edilməsini xahiş edib.

“Himayəmdə vəfat etmiş qardaşımın üç azyaşlı uşağı var”

Apellyasiya şikayətində qeyd edilib ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla şəxsin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edib. O, bildirib ki, məhkəmə onun qəyyumluğunda vəfat etmiş qardaşının üç azyaşlı uşağının olmasını, zərərçəkənlərlə razılıq əldə edərək barışmasını nəzərə almayıb. İzahət Axundovanın sözlərinə görə, zərərçəkənlərin heç birnin ondan şikayət və tələbləri olmayıb. O, qeyd edib ki, ilk dəfə olaraq az ağır cinayət törətməsini, əməlindən peşman olmasını və məcburi köçkün olmasını yüngülləşdirici hallar kimi nəzərə alınmalıdır.

“Mənə daha yüngül cəza yox, bəraət verilməlidir”

İzahət Axundovanın şikayəti araşdırılıması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Bədəl Əliyevin sədrliyi ilə keçirilən prosesdə İzahət Axundova şikayətinin həcmini genişləndirilib. O, deyib ki, Tərtər Rayon Məhkəməsinin barəsində çıxardığı hökm ləğv edilməlidir. O, barəsində bəraət hökmünün verilməsini istəyib. İzahət Axundova əlavə edib ki, hökmdən narazı qaldığı üçün apelyasiya şıkayəti verərək ona daha yungül cəza verilməsını xahiş ediB: “Ancaq apelyasiya şıkayətimə əlavə yazaraq hesab edirəm ki, mənə daha yüngül cəza yox, bəraət verilməlidir. Cünki verilmiş ittiham üzrə özümü təqsirli bilmirəm. Ancaq ibtidai istintaqın gedişi zamanı və birinci instansiya məhkəməsində təzyiqlərə dözməyərək, özünü qismən təqsirli bilmişəm. Əslində isə özümü qətiyyən təqsirli bilmirəm və məhz buna görə də hesab edirəm ki, mənə bəraət verilməlidir”. Prokuror təqsirləndirilən şəxsin apelyasiya şikayətinin təmin edilməməsini istəyib. O, bildirib ki, birinci məhkəmə instansiyası tərəfindən ona həddindən artıq yüngül cəza verilib. Bütün tərəfləri dinləyən hakim heyəti sonda qərarı açıqlayıb. Qərara görə, İzahət Axundovanın şikayəti təmin edilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm