Xəzərin sahilində reydlər
Bizi izləyin

Qırmızı.az

Xəzərin sahilində reydlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Bakı və Abşeron yarımadasının Xəzər sahili ərazilərində reydlərə başlanılıb.

Publika.az-ın xəbərinə görə, ETSN-in mətbuat xidmətindən bildirilib ki, məqsəd çimərliklərdə ekoloji qanunvericiliyin tələblərinin gözlənilməsi, o cümlədən bərk məişət tullantılarının, çirkab suların idarə olunması vəziyyətinə nəzarəti gücləndirməkdir.

Reydlər zamanı məişət tullantılarının qalaqlanması, yandırılması, çirkab suların təmizlənmədən Xəzər dənizinə axıdılması faktları aşkar edilib. Faktlarla bağlı ayrı-ayrı fiziki və hüquqi şəxslər barəsində ümumilikdə 41 akt və protokol tərtib olunub. Həmçinin yerli özünüidarəetmə orqanları və icra strukturlarına tabeliklərindəki ərazilərdə ekoloji qanunvericiliyin tələblərinə riayət olunması barədə xəbərdarlıqlar edilib. Eyni zamanda, aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılması üçün icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.

Hazırda qanun pozucularının inzibati məsuliyyətə cəlb olunmaları ilə bağlı zəruri tədbirlər görülür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm