Azərbaycanın belarus qəhrəmanı
Bizi izləyin

Qırmızı.az

Azərbaycanın belarus qəhrəmanı

Azərbaycanın Milli Qəhrəmanı Anatoli Davidoviçin xatirəsinə həsr edilən filmin təqdimatı keçirilib.

ANS TV-nin məlumatına görə, film Belarus vətəndaşı olan Anatolinin Azərbaycanda döyüş bölgəsinə qədər keçdiyi həyat yolundan bəhs edir. Anatoli Davidoviç 1965-ci ildə Belarusun Slutski şəhərində anadan olub. Belarusda hərbçi olmaq qərarına gələn Anatoli sonralar zabit kimi Azərbaycanda xidmət edir. Xocalı faciəsi baş verdikdə o, ölkəmizdə hərbi xidmətini davam etdirmək qərarına gəlir. Mayor Anatoli Davidoviç Naxçıvanik uğrunda gedən döyüşlərdə həlak olur. 3 iyul 1992-ci ildə Belarus Respublikasının Müstəqilliyi günü ona Azərbaycanın Milli Qəhrəmanı adı verilir. Valideynlərinin istəyi nəzərə alınaraq o, doğma vətənində - Belarusun Slutski şəhərində dəfn olunur.

Bu il Azərbaycan müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən nazirliyin nümayəndələri Belarusa səfər edib. Azərbaycanın Milli Qəhrəmanının ailəsini və məzarını ziyarət ediblər. Milli Qəhrəman haqqında filmin təqdimatında iştirak edən Gəncə Qarnizonunun rəisi Rövşən Əkbərov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov, İkinci Dünya müharibəsi veteranları belə tədbirlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyyəsinə xidmət etdiyini vurğuladılar. Belarusun Azərbaycandakı konsulu Oleq Qoroxovik də Belarus oğlunun xatirəsinin uca tutulduğuna görə təşəkkür etdi.

Tədbir Azərbaycan Silahli Qüvvələrinin mahnı və rəqs ansamblının ifasında mahnı və rəqslərlə davam etdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm