Qubada taxıl zəmiləri yandı
Bizi izləyin

Qırmızı.az

Qubada taxıl zəmiləri yandı

Bu gün saat 17.00 radələrində Qubanın Qaraçay kəndi ərazisində biçilmiş taxıl zəmilərində yanğın başlayıb.

ANS PRESS-in məlumatına görə, yanğın böyüyərək quşçuluq fermasına da ciddi xəsarət yetirib.

Fövqəladə Hallar Nazirliyinin Quba dövlət yanğın mühafizə hissəsindən 3, Şabrandan 1, Qusardan 2 yanğınsöndürən maşınları əraziyə cəlb olunub.

FHN-nin Şimal regional dövlət yanğın mühafizə hissəsindən aldığımız məlumata görə, yanğın taxıl zəmilərindən başlayaraq quşçuluq fermalarına kimi çatıb.

Hazırda yanğının baş vermə səbəbləri və dəyən ziyan araşdırılır.

ANS TV-nin bölgə müxbirinin dediyinə görə, yanan fermalar istifadəsiz vəziyyətdə imiş.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm