Günün Ramazan təqvimi (05 iyul)
Bizi izləyin

Qırmızı.az

Günün Ramazan təqvimi (05 iyul)

07 ramazan 1435 – 05 iyul 2014

İmsaq: 04:56
İftar: 21:26

7-ci günün duası: "Allahummə əinni fihi əla siyamihi və qiyamih. Və cənnibni fihi min həfəvatihi və asamihö vərzuqni fihi zikrikə bidəvaih. Bitəufiqikə ya hidayəl-muzillin."

(İlahi, mənə bu gün oruc tutmaqda və gecə oyaq qalıb ibadət etməkdə kömək ol. Bu gün məni səhv və nöqsanlardan uzaqlaşdır. Sənin daimi zikrini mənə qismət et. Kömək və yardımına and verirəm, ey yolunu azmışların hidayətçisi!).

Ayə: “Bilin ki, Allahın Elçisi aranızdadır. Əgər o, bir çox işlərdə sizə güzəştə getsəydi, çətinliyə düşərdiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Doğru yolda olanlar da bunlardır.” /Hucurat-7/

Hədis: “İslam təmizdir. Elə isə təmizlənin.Çünkü cənnətə təmiz olandan başqası girə bilməz.”

Ps. Oruc tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan 10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməlidir. Belə ki, cədvəllərdə olan fərqlilik bu addımı zəruri hala gətirir.

Digər şəhərlər üçün Bakı vaxtına edilən əlavələr:
Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şəbran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənləran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Merneulli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +18, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

Oxumağa davam et
Reklam
Reklam

Gündəm