Qırmızı.az
Oruc immun sistemini gücləndirir
Oruc tutmaq, həzm sistemini istrahət etdirdiyi üçün, bədəndə
digər orqanların yaxşı işləməsini təmin edir, bundan əlavə qan
dövranı yaxşılaşır.
İftarda, imsaqda yediklərinizə diqqət edirsinizmi?
ANS PRESS-in məlumatına görə, araşdırmaçılar bildirirlər ki,
bəslənmənizə diqqət etsəniz, oruc tutarkən immunitet sisteminizi
gücləndirə bilərsiniz. Oruc tutarkən qaraciyər və bütün həzm
sistemi istirahət imkanı əldə edir. Bədəndə digər orqanların
qanlanması və iş səmərəsi artır. Şəkər xəstələrində qan şəkəri
idarəsi, təzyiq xəstələrində qan təzyiqi kontrolu yüngülləşir.
Qanda yağ səviyyələri düşür, faydalı xolesterol yüksəlir. Bədəndə
qan istehsalı artır. Bədən yığılmış zərərli maddələrdən təmizlənir,
immunitet sistemi güclənir. Ürək-damar, xərçəng kimi xəstəliklərə
qarşı müqavimət artır.
Lakin orucun xeyri bəzi digər qaydalara da riayət olunarsa daha
effektli olar. Məsələn,süfrədən doymadan qalxın. Oruc müddətində
sağlam və balanslı bəslənmək çox əhəmiyyətlidir. Buna baxmayaraq
məsələni şişirtmədən, gündəlik ehtiyac olan zülal, yağ,
karbohidrat, vitamin və minerallar aldıqdan sonra israfa getməyin.
İftar və imsaqda yavaş-yavaş və az miqdarda yeyin, yeməkləri yaxşı
çeynəyin və süfrədən doymadan qalxın.
İftar və imsaq arasında 2 litr maye qəbul edin. Bu, su, ayran və
hətta kompot da ola bilər. İmsaqda, mədədən gec boşalaraq uzun
müddət tox tutacaq, zülal və lif zənginli qidalar alın. Süd, qatıq,
kefir, pendir, yumurta, xurma, çörək otu, qoz, badam, fındıq, quru
paxlalı, taxıl, çörəyı və düyüsü kimi...
Maddələr mübadiləsini yavaşladaraq kilo almağa da səbəb olan çox
yağlı və xəmir yeməklərdən, ağır şirnilərdən, qızardılmış,
ədviyyatı və duzlu bol qidalardan uzaq dayanmanızda fayda var.
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi