Batan qardaşlardan biri tapıldı
Bizi izləyin

Qırmızı.az

Batan qardaşlardan biri tapıldı

Siyəzəndə kanalda batan iki qardaşdan birinin cəsədi tapılıb.


Siyəzən rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, 12 yaşlı Zəkiyev Rəvan Seyfulla oğlunun cəsədi gecə saat birdə kanaldan tapılaraq çıxarılıb.


Onun sözlərinə görə, qardaşların axtarışlarını həyata keçirmək üçün Taxtakörpu adlanan ərazidən Ceyranbatana gedən kanala suyun verilişi dayandırılıb. Hazırda isə 13 yaşlı Zəkiyev Elnur Seyfulla oğlunun axtarışları davam edir.


Qeyd edək ki, dünən axşam saat 19:30 radələrində iki azyaşlı qardaş Zəkiyev Elnur Seyfulla oğlu və Zəkiyev Rəvan Seyfulla oğlu Siyəzəndə Taxtakörpu adlanan ərazidən Ceyranbatana gedən kanalda batmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm