Türkiyəli incəsənət adamları Ağdam kəndində olub - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Türkiyəli incəsənət adamları Ağdam kəndində olub - FOTOLAR

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin təşkilatçılığı, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşavirliyinin dəstəyi ilə ölkəmizə səfər etmiş Türkiyənin mədəniyyət və incəsənət xadimləri, sənətçilər Ağdam kəndi daxil olmaqla, Tovuzun ön cəbhə kəndlərini ziyarət edib yerli sakinlərlə görüşüblər.

Millət vəkili Qənirə Paşayevanın müşayiəti ilə Türkiyənin mədəniyyət və incəsənət xadimləri, sənətçilər Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən ön cəbhə nöqtələrində, kəndlərində olublar. Burada Türkiyə nümayəndə heyətinə mürahibə dövrü ilə bərabər atəşkəs dövründə də Tovuzun ön cəbhə kəndlərinin yaşadıqları barədə geniş məlumatlar verilib.

Millət vəkili Qənirə Paşayeva Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini mütəmadi olaraq pozması və sərhəddə yerləşən kəndlərin mülkü sakinlərinə zərər vurmaları, insanların neçə illərdir kənd qəbirstanlığını ziyarət etməyə imkan verməmələri, bu addımı atmaq istəyən şəxslərin snayperlərlə vurulması, bu səbəbdən kənd camaatının yeni qəbirstanlıq salma məcburiyyətində qalmasından, həmin qəbirstanlıqda yerləşən tarixi, dini abidələri Ermənistan Silahlı Qüvvələrinin yandıraraq məhv etmələri, kənd insanlarını suvarma üçün su mənbəyindən istifadə etməyə snayperlərlə imkan verməmələri, payızda otların qurumağa başladığı zaman kəndə yaxın ərazilərə silahlardan ataraq yanğın törətmələri, bir sözlə insanlığa sığmayan əməllərini davam etdirmələri barədə geniş məlumatlar verib.

Millət vəkili Qənirə Paşayeva Ermənistanla ön cəbhədə yerləşən Tovuz rayonu, onun insanlarının müharibə dövründə göstərdiyi qəhrəmanlıqlar, verdiyi şəhidlər və Milli Qəhrəmanları haqqında məlumat verib. Türkiyənin mədəniyyət və incəsənət xadimləri, sənətçiləri yerli sakinlərlə söhbət ediblər və Ermənistanın törətdiyi vandalizm aktlarını kəskinliklə qınadıqlarını bildiriblər və hər zaman Azərbaycanın yanında olduqlarını və olacaqlarını deyiblər. Sənətçilər ön cəbhə rayonu Tovuzda qardaşlarımıza mənəvi dəstək olmaq üçün konsert proqramı ilə çıxış etməkdən böyük məmnuniyyət duyuruq deyiblər və yaxın zamanlarda təkrar görüşməkdən də məmnuniyyət duyacaqlarını da bildiriblər.

Türkiyənin mədəniyyət və incəsənət xadimləri, sənətçiləri eyni zamanda Tovuz rayonu, onun keçmişi, bu günü, tarixi-mədəni abidələri və s. ilə yaxından tanış olublar və Azərbaycanın ön cəbhə bölgələrindən olan Tovuzu ziyarət etməkdən böyük məmnuniyyət duyduqlarını deyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm