Dərin Özüllər Zavodu qarət olundu
Bizi izləyin

Qırmızı.az

Dərin Özüllər Zavodu qarət olundu

Heydər Əliyev adına Dərin Özüllər Zavodunun mühafizəçisi şirkətdən oğurluq edib.

Qaradağ Rayon Polis İdarəsinin Cinayət Axtarış Bölmzsindən Publika.az-a verilən məlumata görə hadisəni törədən Ələt qəsəbə sakini 25 yaşlı Ziyad Abbasov çalışdığı Qaradağ rayonu, Salyan şossesində yerləşən Heydər Əliyev adına Dərin Özüllər Zavodundan 19 ədəd laqonda daşı, 8 ədəd respirator, 1 ədəd maye qaz balonu və 1 ədəd rolik oğurlayıb.

Sonra da həmin şirkətdə qaynaqçı işləyən, Hacıqabul rayon sakini 35 yaşlı Ruslan Quliyevlə əlbir olub, ona məxsus “VAZ-2107” markalı avtomobilə yükləyib ərazidən çıxararkən Qaradağ Rayon Mühafizə Şöbəsinə həyəcan siqnalı daxil olub.

Əraziyə gələn Mühafizə Şöbəsinin əməkdaşları Ziyad Abbasov və Ruslan Quliyevi saxlayaraq Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə təhvil veriliblər.

Onlar ifadələrində əməllərini etiraf edərək bildiriblər ki, hadisəni tamah məqsədilə töradiblər. Ogurluq əşyalardan əldə olunan pulu aralarında bölmək istəyiblər. Faktla bağlı barələrində həbs qətimkan tədbiri seçilib.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm