• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Cəlilabadda kişi ailəsinin gözü qarşısında alçaldıldı - (Təfərrüat)

Cəlilabadda kişi ailəsinin gözü qarşısında alçaldıldı - (Təfərrüat)

Bu gecə Cəlilabad rayonunda 39 yaşlı kişi qonşuları tərəfindən həyətində vəhşicəsinə döyülüb. ANS PRESS-in verdiyi məlumata görə, hadisə torpaq üstündə baş verib.

Belə ki, Uzuntəpə kəndində yaşayan 1975-ci il təvəllüdlü Maarif Məmmədəli oğlu Ağayev qonşu qardaşların hücumuna məruz qalıb. Gecə saat 03:00-də qonşuluqda yaşayan Ramin və Zamin Əzimov qardaşları Maarif Ağayevin qapısını döyüb. Qapını açan zaman Maarif qardaşların hücumuna məruz qalıb.

Onu ölümcül döyən qardaşlara heç kim mane ola bilməyib. Avradı və uşaqlarının gözü qarşısında döyülən M.Ağayevi xəstəxanaya aparıblar. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Hadisəni törədən qardaşları isə polis saxlayıb. Məlum olub ki, insident həqiqətən də torpaq üstündə olub.

Demə, qonşuluqda yaşayan qardaşlar M.Ağayevin torpaq sahəsində kartof əkiblərmiş. Qonşularının bu əməlinə əsəbiləşən M.Ağayev buna öz etirazını bildirib və əkinə mane olub. Daha sonra qardaşlar Maarifin həyətini çəpərə alıblar. M.Ağayev də, öz növbəsində çəpəri söküb.

Əzimov qardaşları isə bunun qisasını almaq üçün onu ölümcül döyüblər.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR