Xəstəliyini narkotiklə müalicə edən 51 yaşlı “zek” danışdı
Bizi izləyin

Qırmızı.az

Xəstəliyini narkotiklə müalicə edən 51 yaşlı “zek” danışdı

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunan 51 yaşlı Eyvaz Məmmədov növbəti dəfə də tutdu.

Sabunçu Payon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, bu dəfə onun yaşadığı Sabunçu qəsəbəsi, 26 Bakı Komissarı küçəsindəki həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq edilmiş 2 kq-dan çox 4 ədəd çətənə kolu və 2 kq-a yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Eyvaz Məmmədov istintaqa ifadəsində narkotiki xəstəliyi ilə əlaqədar istifadə etdiyini vurğulayıb:

“Uzun illərdir ki, ciyərlərim xəstədi. Kəskin ağrılar olur. Narkotik istifadə edən kimi sakitləşir, yəni narkotik ağrılarımı keyidir. Belə bir şey deyil. O marixuana nə olan şeydi otdu də...”

Qeyd edək ki, polis əməlinə don geyindirməyə calışan Eyvaz Məmmədovun cinayətə meyilli və narkotik asılılığı olduğunu bildirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm