• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Polis mavilərə qarşı Bakıda reyd keçirdi

Polis mavilərə qarşı Bakıda reyd keçirdi

Bir neçə gündür ki, Bakıda Yasamal rayonu ərazisində mavilərin "at oynatması" ilə bağlı xəbərlər mətbuatın gündəmindən düşmür. Alatava qəsəbəsinin sakinlərinin mavilərlə bağlı etdikləri müraciətdən sonra polisin onları həmin ərazidən yığışdırdığı bildirilsə də, bunun bir nəticə vermədiyi və onların yenidən küçədə toplaşdıqları haqda xəbərlər yayılmışdı. Dünən xəbərlər yayıldıqdan sonra Yasamal polisi həmin ərazidə reyd keçirib.

Bununla bağlı "Qafqazinfo"ya Bakı Şəhər Baş Polis İdarəsindən məlumat daxil olub. Məlumata görə, bu gecə polis həmin ərazidə reydlər keçirsə də, mavilərin toplaşmasına rast gəlinməyib. Bununla belə, artıq ərazidə polis nəzarətinin tətbiqinə başlanıb. Xoşagəlməz mənzərənin yenidən yaranmaması üçün ərazinin daim diqqət altında saxlanılacağı bildirilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR