8 ton çətənə kolu məhv edildi
Bizi izləyin

Qırmızı.az

8 ton çətənə kolu məhv edildi

Azərbaycanda müxtəlif miqdarda aşkar edilmiş yabanı halda bitmiş çətənə kolları məhv edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən Yengiyan kəndi ərazisindən ümumi çəkisi 2 ton 650 kiloqram olan 2209 ədəd çətənə kolları aşkar edilərək məhv edilib.

Daha bir oxşar əməliyyat Goranboyda rayonunda həyata keçirilib. Belə ki, Xocalı RPŞ əməkdaşları tərəfindən Goranboy rayonunun Mənəşli kəndi ərazisində ümumi çəkisi 5 ton 200 kiloqram olan 6850 ədəd yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm