Polislərə atəş açıldı: 2 yaralı
Bizi izləyin

Qırmızı.az

Polislərə atəş açıldı: 2 yaralı

Türkiyənin Van vilayətində etiraz aksiyası keçirilirb.

ANS PRESS-in məlumatına görə, İran ərazisində baş vermiş atışma zamanı yaralanan PKK-lının meyitinin Türkiyə ərazisində tapılması və Vana gətirilməsi sakinlərin kəskin etirazına səbəb olub.

Nümayişçilər vilayətə gələn magistral yolu bağlamağa cəhd edib. Bölgəyə xeyli sayda polis qüvvələri cəlb edilib. Etirazçılar “molotov kokteyl” və fişənglərdən istifadə edib. Polis etirazçıların dağılmasını tələb etsə də aksiya iştirakçıları buna əməl etməyib.

Nəticədə polis təzyiqli su şırnaqlarından istifadə edib. Elə bu vaxt nümayişçilərdən biri polisə odlu silahdan bir neçə dəfə atəş açıb. İki polis ayağından yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm