Prokurorluq işçilərinin statusu artırılacaq
Bizi izləyin

Qırmızı.az

Prokurorluq işçilərinin statusu artırılacaq

Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin adı dəyişdiriləcək, idarənin işçilərinin statusu isə artırılacaq.


Milli Məclisdən verilən məlumata görə, bununla bağlı "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq əlavə və dəyişiklillər ediləcək.

Qanunun 10-cu maddəsinə edilən müvafiq dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin rəisi vəzifəsi ikinci təsnifata, İdarə rəisinin müavinləri və idarə rəisləri üçüncü təsnifata, Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin idarə rəislərinin müavinləri və şöbə rəisləri üçüncü təsnifata aid ediləcək.

Beşinci təsnifata dair maddədə "korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının mühüm işlər üzrə böyük əməliyyatçıları və mühüm işlər üzrə əməliyyatçıları" sözləri isə "Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin idarə və şöbələrinin böyük prokurorları, prokurorları, prokuror-kriminalistləri, mühüm işlər üzrə müstəntiqləri, mühüm işlər üzrə böyük əməliyyatçıları və mühüm işlər üzrə əməliyyatçıları" sözləri ilə əvəz edilir.

Qanunun 18-ci maddəsinə edilən əlavəyə əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin işçilərinə rütbələr İdarənin rəisinin təqdimatı əsasında veriləcək./Trend

Oxumağa davam et
Reklam
Reklam

Gündəm