
Xaçmaz rayonunda "Kamaz" yanıb.
ANS PRESS-in məlumatına görə, hadisə rayon mərkəzindən 13 km
aralıda yerləşən Niyazoba kəndində baş verib.
Belə ki, vətəndaşa məxsus "Kamaz" markalı yük avtomobilinin
təkərləri və kabina hissəsi yanıb.
Avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından
mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb