Azərbaycanda yeni kollec
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda yeni kollec

Azərbaycanda yeni kollec yaradılıb. ANS PRESS-in məlumatına görə, Nazirlər Kabineti Təhsil Nazirliyinin Masallı Dövlət Regional Kollecinin yaradılması barədə qərar verib.

Bununla əlaqədar “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “Orta ixtisas təhsili müəssisələri” bölməsinə Masallı Dövlət Regional Kollecinin adı əlavə edilib.

Qərara əsasən, Təhsil Nazirliyi Maliyyə Nazirliyi və Masallı Rayon İcra Hakimiyyəti ilə birlikdə Masallı Dövlət Regional Kollecinin maliyyələşdirilməsi və fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir.

Masallı Dövlət Regional Kollecinin maliyyələşdirilməsi və fəaliyyətinin təmin edilməsi üçün Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Maliyyə Nazirliyi və Masallı Rayon İcra Hakimiyyətinə tapşırıq verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm