• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

"Hafka"nın saxlanılmasına Hava Limanından cavab

"Hafka"nın saxlanılmasına Hava Limanından cavab

"Hafiz Məmmədov Hava Limanında saxlanılmayıb. Belə bir şey baş verməyib”.

Bu sözləri Axar.az-a Heydər Əliyev Beynəlxalq Hava Limanının Sərhəd Xidmətinin adını açıqlamayan əməkdaşı Bakı" futbol klubunun prezidenti, "Hafka" kimi tanınan məşhur iş adamı Hafiz Məmmədovun ölkədən qaçarkən Bakı Hava Limanında saxlanılması xəbərinə aydınlıq gətirərkən bildirib.

Sərhəd Xidmətinin əməkdaşı bununla bağlı ətraflı məlumat verməsə də, yayılan xəbərləri təkzib etdi:

“Xəbərdən məlumatımız var. Belə bir şey baş olmayıb”.

Qeyd edək ki, məşhur iş adamı Hafiz Məmmədovun ölkədən qaçarkən saxlanılması barədə "Qaynar.info" məlumat yayıb.

Sayt etibarlı mənbəyə istinadən bildirir ki, Hafiz Məmmədov ölkədən qaçarkən hüquq-mühafizə orqanları tərəfindən Bakı Hava Limanında saxlanılıb.

Xatırladaq ki, "Bakı"nın sahibi Hafiz Məmmədovun adı son günlər qalmaqallarda halanırdı. Belə ki, "Baglan Qrup"un prezidentinin biznes fəaliyyətindəki "axsamalar", ölkədə ən güclü futbol klublarından biri hesab olunan "Bakı" futbol klubunun bazasının satışa çıxarılması, "Bank of Azerbaijan" ətrafında yaranan böhran və Məmmədovun Nəqliyyat naziri Ziya Məmmədovla əlaqələri medianın gündəmindən düşmürdü.

"Bakı" futbol klubundan isə Axar.az-a bildirdilər ki, bu barədə heç bir məlumata malik deyillər. Həmçinin, klub prezidenti ilə əlaqə qurmaq imkanı da yarada bilməyəcəklərini qeyd etdilər. Hafiz Məmmədovun sahib olduğu "Baghlan qrup"dan isə həbslə bağlı yayılan məlumatların doğru olmadığını desələr də Hafkanın özüylə əlaqə yaratmağa fürsət yaratmadılar.

Hafiz Məmmədovun öz telefonları da cavab vermir və buna görə də hələlik qarşı tərəfdən münasibət öyrənmək mümkün deyil.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR