Şimşək çaxacaq, yağış yağacaq
Bizi izləyin

Qırmızı.az

Şimşək çaxacaq, yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan ANS PRESS-ə verilən məlumata görə, gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Abşeron yarımadasında temperaturun gecə 21-26 dərəcə isti, gündüz 34-38 dərəcə isti, Bakıda gecə 24-26 dərəcə isti, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Havanın temperaturu gecə 16-21 dərəcə isti, gündüz 30-35 dərəcə isti olacaq.

Aran rayonlarında iyulun 7-da havanın əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır. Temperaturun gecə 20-25 dərəcə, gündüz 34-39 dərəcə, bəzi yerlərdə 37 dərəcə isti olacaq.

Sabah Azərbaycanda hava dəyişkən buludlu olacaq və əsasən yağmursuz keçəcək

Oxumağa davam et
Reklam
Reklam

Gündəm