16 yaşlı fələstinlini qətlə yetirənlər həbs olundular
Bizi izləyin

Qırmızı.az

16 yaşlı fələstinlini qətlə yetirənlər həbs olundular

İsrailin hüquq-mühafizə orqanları 16 yaşlı fələstinli yeniyetmənin ölümündə şübhəli bilinənləri saxlayıb.

ANS PRESS-in məlumatına görə, cinayətkarların şəxsiyyəti haqqında heç bir məlumat verilmir. Hüquq-mühafizə orqanları Muhəmməd Abu Xdeyrin qətlini araşdırmaqda davam edirlər. Lakin hər hansı bir nəticə açıqlanmır.

Ərəb yeniyetmə Muhəmməd Abu-Xdeyr başa çatan həftənin çərşənbə günü Qüdsdəki hərbi hissədən qaçırılmışdı. Daha sonra onun cəsədi şəhərin digər rayonunda tapılmışdı.

Fələstinlilər Muhəmmədin qisas zəminində 3 israil yeniyetmə tərəfindən qətlə yetirildiyini iddia edirlər. Fələstinli yeniyetmənin öldürülməsi xəbərindən sonra Qüdsün ərəb əhalisi etiraz aksiyasına çıxmışdılar. Aksiyalar zamanı İsrailin güc-strukturları ilə aksiyaçılar arasında toqquşmalar yaşanmışdı.

İstintaqın gəldiyi qənaətə gör, yeniyetmə milli motivlər üzərində qətlə yetirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm