Zaqatalada avtomobildə meyit tapıldı
Bizi izləyin

Qırmızı.az

Zaqatalada avtomobildə meyit tapıldı

Zaqatala rayon Polis Şöbəsindən verilən məlumata əsasən, hadisə bu gün Zaqatala rayonunun Göyəm kəndi ərazisində qeydə alınıb.

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, hadisə zamanı rayonun Suvagil kənd sakini, 1951-ci il təvəllüdlü Məmmədov Tacəddin Nurullah oğlunun cəsədi ona məxsus 62-BB-829 dövlət nömrə nişanlı “VAZ-21011” markalı avtomobildə aşkarlanıb.

Meyitin üzərində baxış zamanı onun üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Ölümün səbəblərini müəyyən etməkdən ötrü ekspertiza təyin olunub. Faktla bağlı Zaqatala rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm