Yaponiya Göygölün 2 kəndinə su çəkir (FOTO)
Bizi izləyin

Qırmızı.az

Yaponiya Göygölün 2 kəndinə su çəkir (FOTO)

Yaponiya hökuməti “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardım proqramı layihəsi çərçivəsində Göygöl rayonunun Üçbulaq və Köşkü kəndlərinin su təchizatını yenidən quracaq.

ANS PRESS-in məlumatına görə, bu məqsədilə Göygöl Rayon İcra Hakimiyyətində keçirilən görüşdə Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi ölkələrimiz arasında mövcud əməkdaşlıq əlaqələrindən danışıb, imzalanacaq yeni layihənin onlar tərəfindən rayonda görülən işlərin sayca üçüncüsü olacağını söyləyib.

Rayon icra hakimiyyəti başçısının müavini Turani Əliyev bundan əvvəl görülən işlərə görə Yaponiya hökumətinə, eləcə də bu ölkənin Azərbaycandakı səfirinə minnətdarlığını bildirib.

Sonra Yaponiya hökuməti adından səfir Tsuquo Takahaşi, Azərbaycan tərəfindən isə “Sahibkarlığın və bazar iqtisadiyyatının inkişafı fondu” təşkilatının icraçı direktoru Sabit Bağırov rayonun Üçbulaq və Köşkü kəndlərində su təchizatı sisteminin inşası üzrə qrant müqaviləsini imzalanıb.

İmzalanma mərasimindən sonra səfir rayonla yaxından tanış olub və tarixi abidələrə baxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm