Broyler fabrikində dəhşətli yanğın
Bizi izləyin

Qırmızı.az

Broyler fabrikində dəhşətli yanğın

Siyəzən rayonu ərazisindəki Siyəzən broyler fabrikinin sexlərindən birində yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova “Qafqazinfo”ya bildirib ki, əsən külək yanğının daha geniş ərazilərə yayılmasına şərait yaradıb. Yaxınlıqdakı pay torpaqlarına keçən alov dıniz kənarına bitişik meçə fondu torpaqlarını da əhatə edib.

FHN-nin helikopterləri, yanğınsöndürən maşınları, o cümlədən ETSN-nin yerli qurumlarının və FHN-nin əməkdaşları, həmçinin yerli icra qurumlarının nümayəndələri birlikdə yanğını söndürməyə çalışırlar. İlkin məlumata görə meşə fondunun 5 hektar sahəsinə ziyan dəyib. Yanğının söndürülməsi üçün müvafiq tədbirlər davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm