Metronun yaxınlığında bıçaqlanma
Bizi izləyin

Qırmızı.az

Metronun yaxınlığında bıçaqlanma

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib. ANS PRESS-in xəbərinə görə, metronun Memar Əcəmi stansiyası yaxınlığında baş verən hadisə zamanı 25 yaşlı gənc qarın nahiyəsindən bıçaqlanıb.

Xəstəxanaya çatdırılan paytaxt sakini Məmmədov Həbib Möhübbət oğluna cərrahi müdaxilə olunub. 1 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən gəncin vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Hazırda fakt üzrə Nəsimi rayon polis idarəsində araşdırma aparılır. Məmmədov Həbibə bədən xəsarəti yetirən şəxsin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm