İstirahətdən qayıdan həkimlər Bakıda qəzaya düşdü
Bizi izləyin

Qırmızı.az

İstirahətdən qayıdan həkimlər Bakıda qəzaya düşdü

Bu gün səhər saatlarında Bakı-Şamaxı yolu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə məlumatı Publika.az-a Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov verib. Onun sözlərinə görə, Bakı istiqamətində hərəkət edən “Hyundai” markalı minik maşını idarəetməni itirərək yol kənarındakı yaşıllıq zolağına girib, nəticədə bir neçə dəfə aşaraq dərəyə yuvarlanıb.

Qəzaya düşən nəqliyyat vasitəsinin içində xeyli adam olub. Məlum olub ki, onlar Bakı Təcili Tibbi Yardım stansiyasının həkimləridir, Oğuzdan istirahətdən qayıdırmış.

Qeyd edək ki, hadisə zamanı iki nəfər yaralanıb. Onlardan birinin xəsarətləri yüngül, digərininki isə ağırdır. Qəzaya düşən digər şəxslərin həyatı xilas edilib.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm