Siyəzəndəki yanğın söndürüldü
Bizi izləyin

Qırmızı.az

Siyəzəndəki yanğın söndürüldü

Ötən gün Siyəzən rayonunda baş vermiş yanğın bu gün səhər saatlarında söndürülüb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, hadisə zamanı Siyəzən rayonu, Bakı-Quba yolunun 90-cı kilometrliyində “Siyəzən Broyler” ASC-yə məxsus ümumi sahəsi 8960 kv. m olan sökülmüş sexlərin içərisində məişət tullantıları, ərazidə 3 ha yabanı otlaq sahəsi və Kiçik Həmyə kənd bələdiyyəsinə məxsus 150 ha sahədə kol-kos və 30 ədəd meşə zolağında olan ağac yanıb.

Yaxınlıqdakı cücə sexləri, meşə zolağının qalan hissəsi, üzüm bağları, yaxınlıqdakı fermalar və yaxınlıqdakı yaşayış evləri yanğından mühafizə olunub. Yanğın saat 06:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm