Zakir Qaralov cənub bölgəsinin vətəndaşlarını qəbul edəcək
Bizi izləyin

Qırmızı.az

Zakir Qaralov cənub bölgəsinin vətəndaşlarını qəbul edəcək

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il iyulun 18-də saat 11:00-da Astara rayon prokurorluğunun inzibati binasında Astara, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.


Publika.az-ın Baş Prokurorluğun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Astara rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.


Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm