Yol polisləri ilə sürücünün «lotu» söhbəti - Video
Bizi izləyin

Qırmızı.az

Yol polisləri ilə sürücünün «lotu» söhbəti - Video

DYP maşınlarının sürücünü qovaraq saxlaması və mübahisə yaranmasını əks etdirən video yayılıb.

Hadisə iyulun 6-da, saat 12-13 arasında olub. Şahidlərin Avtosfer.az-a verdiyi məlumata görə, hadisənin baş verdiyi ərazi Bəşir Səfəroğlu küçəsi-152-dir. Həmin küçə ilə hərəkət edən "Opel"i 10 YP 462 dövlət nömrə nişanlı DYP maşını saxlayıb. Polisin "saxla" əmrinə tabe olmayan sürücünü həmin ünvanda başqa DYP maşınının köməyi ilə tuta biliblər. Belə ki, digər DYP avtomobili həmin küçəyə əks yoldan girərək "Opel"in qarşısını kəsib. Bundan sonra "Opel"də olan gənclərlə hər iki DYP maşınında olan 4 polis əməkdaşı arasında gördüyünüz bu mübahisə baş verib.

Mübahisənin baş verməsinə səbəb DYP əməkdaşlarından birinin həmin sürücünü Hüsü Hacıyev küçəsində saxlaması olub. Orada yol polisi sürücüdən sənədlərini tələb edib. Lakin sürücü sənəd verməyib. Yol polisi isə ona "sənədləri ver, baxıb qaytaracam" dedikdən sonra sürücü onunla razılaşıb. Ancaq DYP əməkdaşı sənədləri alan kimi protokol yazmağa başladıqda sürücü əsəbləşərək sənədləri onun əlindən alıb. Sonra isə maşına minərək qaçmağa başlayıb.

Bunu görən yol polisləri onu təqib edib. DYP maşınlarından biri onun arxasınca gedib, digəri isə başqa yolla gedərək qarşısını kəsib.

Hadisə şahidi yazır: "Videoda düşməyib. Sürücü oturdu maşına, DYP əməkdaşlarından biri də onun yanında oturdu. Sürücü əlini bayıra çıxarıb vurdu ön şüşəyə və dedi ki, bu maşın Azərbaycanın sonu olacaq. Onun nə demək istədiyini anlamadım. Və sürüb getdilər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm