Ön cəbhədə "Hesab vaxtı..."
Bizi izləyin

Qırmızı.az

Ön cəbhədə "Hesab vaxtı..."

Ön cəbhədə millət vəkili Qənirə Paşayevanın “Hesab vaxtı ...” kitabının təqdimatı və imzalanması olub. Əsgər və hərbçilər adından millət vəkili Qənirə Paşayevaya təşəkkürünü bildirən hərbi hissənin rəhbəri polkovnik Mais Barxudarov bu tədbiri əsgər və hərbçilərin unutmayacağını deyərək müəllifin imzası ilə verilən hədiyyə kitablarının onlar üçün çox dəyərli olacağını deyib.

Millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu müxtəlif kitabların hər zaman hərbi hissədə təqdimatının və imzalanmasının keçirildiyini deyən hərbi hissənin rəhbəri əsgər və hərbçilərə, hərbi hissəyə müəllifin imzası ilə verdiyi kitabların onlar üçün çox dəyərli olduğunu və maraqla oxuduqlarını deyib.

Ön cəbhədə əsgər və hərbçilərimiz üçün müəllifi olduğu kitabın imzalanma mərasiminin təşkili üçün Silahlı Qüvvələrin rəhbərliyinə təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva bu tədbirin, kitablarının təqdimatı və imzalanma tədbirlərinin hamısından onun üçün daha böyük məna daşıdığını deyib.

Qənirə Paşayeva kitab haqqında məlumat verib: “Ölkəmizin möhkəmliyi üçün də gələcək nəslin nümayəndələrinin savadlı, təhsilli və elmə meyilli və zəngin dünyagörüşünə malik olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir! Ümid edirəm ki, kitab xoşunuza gələcək.”

Sonra əsgər və hərbiçilərlə kitab oxumağa meyilliyin artmasının vacibliyi barədə fikir mübadiləsi də aparılıb. Maraqlı keçən söhbət və görüşün sonunda Qənirə Paşayeva "müəllifi olduğum kitab siz dəyərli əsgər və hərbçilərimizin xoşuna gələrsə, bundan məmnun qalaram" deyib. Sonra əsgər və hərbiçilər üçün “Hesab vaxtı ...” kitabını imzalayaraq hədiyyə edən millət vəkili Qənirə Paşayeva həyatında hər zaman yadda qalacaq günlərdən birini yaşadığını deyib.

Tədbirdə bəzi əsgərlər özlərinin yazdıqları şeirləri də oxuyublar .Sonra millət vəkili Qənirə Paşayeva əsgər və hərbçiləri maraqlandıran sualları cavablandırıb. Sonda millət vəkili Qənirə Paşayeva əsgərlərlə yemək yeyib və onlarla söhbət edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm