Naxçıvanda “molla islahatı”: vahid forma, 100 manat
Bizi izləyin

Qırmızı.az

Naxçıvanda “molla islahatı”: vahid forma, 100 manat

Naxçıvan Muxtar Respublikasında yas məclisi aparan mollalar və məscid axundları vahid geyim formasına keçirlər.

Bu barədə Axar.az-a Naxçıvandakı mənbədən xəbər daxil olub. Mənbənin dediyinə görə, artıq muxtar respublikanın bütün kənd və qəsəbələrindəki mollalardan və dini xadimlərdən onların geyim ölçüləri götürülüb.

Qərara görə, avqustun 1-dən hamı vahid formada olmalıdır. Formadan başqa, onların hamısına eyni təsbеh və müqədəs Quran veriləcək: “Geyimdən fərqli olaraq dini ləvаzimatlar və müqəddəs Quran onlara hədiyyə ediləcək”, – deyə xəbərdə qeyd olunur.

Hüzr mərasimlərinin verilməsi üçün – bura ölünün dəfni və yas mərasimlərinin yola verilməsi daxildir - vahid qiymət də müəyyənləşdirilib. Bütün bu mərasimlərə görə ölü yiyəsindən 100 manatdan artıq pul alınmaması nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm