Ağdərənin işğalından 21 il keçir
Bizi izləyin

Qırmızı.az

Ağdərənin işğalından 21 il keçir

Bu gün Ağdərənin ermənilər tərəfindən işğalından 21 il keçir.

İşğaldan əvvəl Ağdərənin ərazisi 1705 km², əhalisi 44,4 min nəfər olub. Ağdərənin rayon tipli iki qəsəbə, 57 kənd, 67 klub, 51 kitabxana, 30 orta məktəb, 27 məktəbəqədər qəsəbə, 7 xəstəxana, 1 texniki peşə məktəbi işğal altında qalıb. Əsasən dağlıq, şərq hissəsi isə düzənliklərdən ibarət olan Ağdərə faydalı qazıntılarla – polimetal yatağı, əhəngdaşı və gipslə zəngindir. Əsas çayları Tərtər və Xaçındır. Tərtər çayı üzərində 1997-cı ildə Sərsəng su qovşağı yaradılıb. Rayon ərazisinin 44 faizini isə meşələr tutur. Ağdərə Dağlıq Qarabağın mühüm kənd təsərrüfatı rayonlarından idi, iqtisadiyyatında üzümçülük, taxılçılıq, tütünçülük və heyvandarlıq əsas yer tuturdu. Tərtər çayı dərəsi boyunca Azərbaycanın yuxarı və aşağı Qarabağını birləşdirən karvan və avtomobil yolları var idi. Ağdərənin qədim memarlıq abidələri və qədim körpüləri, müqəddəs ziyarətgahı Ulduztəpə piri də düşmən tapdağındadır. Və bütün bu abidələr düşmən tərəfindən dağıdılıb.


Hazırda Ağdərə rayonunun məcburi köçkünləri Azərbaycanının müxtəlif şəhər və rayonlarında məskunlaşıb. Onlar dövlətin qayğısı ilə əhatə olunublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm