Bakıda sürücülər arasında mübahisə qətllə nəticələndi
Bizi izləyin

Qırmızı.az

Bakıda sürücülər arasında mübahisə qətllə nəticələndi

Bakının Sabunçu rayonunda qətl hadisəsi törədilib.

Bu barədə Publika.az-a Sabunçu Rayon Polis İdarəsinin rəis müavini Əbülfət Rzayev məlumat verib. Onun sözlərinə görə, hadisə Zabrat qəsəbəsi Frunze küçəsində qeydə alınıb. Belə ki, 22 yaşlı Bakı şəhər sakini Orxan Mehdiyev 30 yaşlı Andrey Tbiziyev Vladimiroviçi vintaçanla yortaraq qətlə yetirib.

Hadisəyə səbəb tərəflər arasında yaranmış münaqişə olub. İstintaqdan məlum olub ki, hər iki tərəf hadisə zamanı yolda avtomobil idarə edirmiş. Bu zaman yol vermək üstündə onlar arasında mübahisə yaranıb. Bir-birini nalayiq söyüşlərlə təhqir etdikdən sonda Orxan Mehdiyev avtomobilində olan vintaçanı götürüb Andrey Tbiziyev Vladimiroviçin üzərinə hücum edib. Sonra da vintaçanı onun qarnına sancıb.

Zabrat yolu tıxac olduğundan yaralını xəstəxanaya vaxtında catdırmaq mümkün olmayıb. Nəticədə o, hadisə yerindəcə keçinib.

Cinayətdə şübhəli bilinən Orxan Mehdiyev ifadəsində əməlini etiraf edib ve onu, ümumiyyətlə, tanımadığını, hadisə baş verən an aralarında mübahısə düşdüyüni etiraf edib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm