Balta ilə soyğunçuluq edən şəxs tutuldu
Bizi izləyin

Qırmızı.az

Balta ilə soyğunçuluq edən şəxs tutuldu

Masallıda dəhşətli cinayət hadisəsi olub.

Rayonun Musaküçə kənd sakini Osman Eynullazadə həmyerlisi Azər Babayevin baş nahiyəsinə balta ilə vuraraq ona qarşı soyğunçuluq cinayəti törədib. Belə ki, zərəçəkənin üzərində olan 400 manat pulu götürərək aradan çıxıb.

Azər Babayev yaralı vəziyyətdə özü polisə müracət edib. Hadisə yerinə gələn polis əməkdaşları araşdırmalara başlayıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində Osman Eynullazadə tutulub. O, cinayətdə istifadə etdiyi baltanı istintaqa təqdim edib.

Cinayət əməlini isə tamah məqsədilə töratdiyini deyib.

Artıq onun barəsində Masallı rayon polis şöbəsində cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm