Qırmızı.az
Nazirliyin vəzifəli şəxsinin işi məhkəməyə göndərildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ağdam rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a bildiriblər ki,
istintaq zamanı Ağdam rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin
direktoru Elman Əliyevin mərkəzin əməkdaşları ilə cinayət əlaqəsinə
girərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə
dövlət büdcəsindən vətəndaşlara ayrılmış ünvanlı sosial yardımın
115 min manat məbləğində vəsaitini israf etmə yolu ilə talamasında
şübhələr üçün əsaslar olduğundan ona və mərkəzin əməkdaşları
Bəxtiyar Məmmədov, İradə İsmayılova, Sərdar Rüstəmov, Elşad Əhmədov
və Şəhriyar Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya
israf etmə) və 313-cü (vəzifə saxtakarlığı), mərkəzin digər
əməkdaşları Teymur Quliyev və Natiq Vəlizadəyə isə həmin məcəllənin
179.2.1, 179.2.2, 179.2.3, 179.2.4 və 313-cü maddələrində nəzərdə
tutulan ittiham elan edilib.
İstintaq dövründə dəymiş ziyanın qismən ödətdirilməsi təmin
olunub.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə
Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO