Baytarlıq Xidməti: “Leşləri yığıb şadlıq evlərinə, dönərxanalara paylayırlar”
Bizi izləyin

Qırmızı.az

Baytarlıq Xidməti: “Leşləri yığıb şadlıq evlərinə, dönərxanalara paylayırlar”

Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli Publika.az-a açıqlamasında bildirib ki, son monitorinq zamanı 3 tondan artıq mənşəyi bilinməyən ət satışdan çıxarılıb:

“Daimi olaraq kəsim məntəqələrində və bazarlarda mütəmadi olaraq ətlərə nəzarəti həyata keçirmək məqsədi ilə reydlər aparılır. Mənşəyi məlum olmayan, baytarlıq qeydiyyatından keçməyən hallara rast gəlinir. Bu zaman həmin ətlər satışdan çıxarılır. Bu yaxınlarda 3 tondan artıq mənşəyi məlum olmayan ət tərəfimizdən aşkar edilib və satışdan çıxarılıb”.

Onun sözlərinə görə, hər bir rayonda belə hallara rast gəlinir.

"Xüsusi leş yığanlar ətləri rayonlardan toplayıb, Bakıda özlərinin məntəqələrinə, şadlıq evlərinə, dönərxanalara paylayırlar. Biz də öz növbəmizdə qabaqlayıcı tədbirlər görürük”, – deyə Yolçu Xanvəli əlavə edib.

Pərvin Zeynal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm