• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

58 yaşlı kişinin meyiti evində aşkarlandı

58 yaşlı kişinin meyiti evində aşkarlandı

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 58 yaşlı kişi yaşadığı mənzildə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin əməkdaşları xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının damından enərək 3-cü mərtəbədəki mənzilə pəncərədən daxil olublar. Mənzildən Bandorenko Yuriy Aleksandroviç hərəkətsiz vəziyyətdə aşkarlanıb.

Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində Y.Bandorenkonun vəfat etdiyi müəyyən olunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR