Qırmızı.az
Prezident qəbul keçirdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də NATO Dəstək Agentliyinin baş meneceri Mark Laydeni qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə NATO arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı. Azərbaycan Respublikası Prezidentinin NATO-nun baş qərargahına son səfəri və səfər zamanı keçirdiyi görüşlərin əlaqələrimizin inkişafı baxımından önəmi qeyd edildi, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də Gürcüstan parlamentinin sədri David Usupaşvilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan ilə Gürcüstan arasında siyasi,
iqtisadi və digər sahələrdə əlaqələrimizin uğurla inkişaf etdiyini
bildirdi. Parlamentlərimiz arasında əlaqələrin önəmini vurğulayan
Prezident İlham Əliyev parlamentlərarası, həmçinin beynəlxalq
təşkilatlar çərçivəsində əməkdaşlığımızın inkişafından məmnunluğunu
ifadə etdi. Prezident qanunvericilik sahəsində təcrübə
mübadiləsinin əhəmiyyətini qeyd edərək, parlamentlər arasında
əlaqələrin ikitərəfli münasibətlərimizin inkişafına öz töhfəsini
verdiyini bildirdi.
Gürcüstan parlamentinin sədri David Usupaşvili rəhbərlik etdiyi
nümayəndə heyətinin Azərbaycana səfərində məqsədin iki ölkə
parlamentləri arasında qarşılıqlı fəaliyyətin daha da
genişləndirilməsindən ibarət olduğunu bildirdi. Qonaq qarşılıqlı
faydalı və strateji münasibətlərimizin qurulması işində
deputatların rolunu qeyd edərək, Gürcüstanda yeni seçilmiş
parlamentin Azərbaycan ilə bundan sonra da uğurlu əməkdaşlığı davam
etdirəcəyini məmnunluqla vurğuladı.
-
Hadisə17:32
Bakıda bazar yanır - Yeniləndi
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO