• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Müəllim olmaq istəyənlərə əlavə təqaüd veriləcək

Müəllim olmaq istəyənlərə əlavə təqaüd veriləcək

Gələn ildən müəllimlik ixtisasını seçən abituriyentlərə Təhsil Nazirliyi tərəfindən 100 manat təqaüd veriləcək.

Publika.az-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat verib.

Təqaüd 500 və daha artıq bal yığan və ixtisas seçimində müəllimlik ixtisasını 1-ci və 2-ci yerdə yazan abituriyentlərə şamil ediləcək.


C.Valehov onu da vurğulayıb ki, bu tədbirin keçirilməsində məqsəd müəllimlik ixtisasına həvəsi artırmaqdır. Hələlik təqaüd verilməsi nəzərdə tutulan tələbələrin sayı 300-dür.

C.Valehov bildirib ki, müəllimlərin sınaq qiymətləndirilməsi ilə bağlı keçirilən imtahanların nəticələri təhlil edilib və bu nəticə qənaətbəxş hesab olunub. İmtahanlarda iştirak edən müəllimlərdən 14,4 %-i zəif, 86,16 %-i isə yüksək nəticə göstərib.

Nazirlik rəsmisinin sözlərinə görə, coğrafiya və riyaziyyat fənni üzrə müəllimlər nisbətən yüksək, Azərbaycan dili və kimya fənni üzrə nisbətən zəif nəticə göstəriblər.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR