• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

60 yaşlı kişinin intiharına səbəb arvadı oldu

60 yaşlı kişinin intiharına səbəb arvadı oldu

Ötən həftə Bakının Nəsimi rayonunda 60 yaşlı kişinin intihar etməsinin səbəbləri məlum olub.

Məlum olub ki, yaşadığı Moskva prospekti, mənzil 52 ünvanında tək yaşayan 60 yaşlı Nuruş İsgəndərov sirkə turşusu içərək canına qəsd edib.

Əvvəlcə bu barədə mərhumun qonşuları xəbər tutub. Belə ki, yaşlı kişidən bir müddət xəbər çıxmadığını görən qonşular bundan narahat olmağa başlayıblar. Dəfələrlə Nuruş İsgəndərovun yaşadığı mənzilin qapısını döysələr də, ondan bir xəbər cıxmayıb. Beləliklə, kişinin yaxınlarına zəng ediblər. Nuruş İsgəndərovun bacısı Nailə Zamanova qardaşının yaşadığı ünvana gəlib. Nuruş İsgəndərovun bacısı və qonşuları mənzilin qapısını sındırıb onu evdə ölmüş vəziyyətdə aşkar ediblar. Evi bürüyən kəskin iydən mərhumun sikə turşusu içməklə intihar etdiyi ortaya çıxıb.

Nailə Zamanova Publika.az-a açıqlamasında yaşlı qardaşının ailəsinə görə intihar etdiyini dedi. Onun sözlərinə görə, mərhum Nuruş İsgəndərovun ailəsi iki dəfə dağılıb. İlk evliliyindən 1 oğlu olsa da, vaxtilə həyat yoldaşı ilə yola getməyiblər. 15 ildən sonra ayrlmalı olublar. Bir neçə ildən sonra o, növbəti dəfə ailə qurub. İkinci nikahından onun iki qızı dünyaya gəlib:

“İkinci ailəsi ilə normal yaşayırdılar. Düzdü, aralarında yaş fərqi cox idi. Qadının 40 yaşı vardı. Sadəcə, birdən birə o, qardaşımı atıb çıxıb getdi. Bu günə qədər də səbəbini bilən olmadı. Heç axtarıb-aramadıq da”.

Bu yaşda Nuruş İsgəndərovun tək yaşamasından narahat olan N.Zamanova onu da əlavə etdi ki, mərhum artıq 4 ilə yaxındır evində tənha yaşayır. Hətta N. Zamanova son vaxtlar qardaşının tənhalıqdan gileyləndiyini də gizlətmədi. Bildirdi ki, qardaşı yaşının bu vaxtında ailəsi tərərfindən atılmasını, qızlarının ondan üz döndərməsini qəbul edə bilmirdi. Həmişə söz düşəndə ölmək istədiyini, ya da özünü öldürəcəyini deyirdi:

“Bilirəm ki, qardaşım o qadına görə intihar etdi. Yaşının bu vaxtında həyat yoldaşının onu atıb getməsinə dözə bilmədi. Cünki həmişə düşdüyü vəziyyətdən gileylənirdi”.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda özünü öldürmə həddinə satdırma maddəsi ilə cinayət işi başlayıb.

Simnarə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR