Mənzilləri qarət edən dəstə tutuldu
Bizi izləyin

Qırmızı.az

Mənzilləri qarət edən dəstə tutuldu

Şəmkir rayonunun Düyərli kəndində bir neçə mənzildən oğurluq edilib.

Rayonun polis şöbəsindən Publika.az-a verilən məlumata görə, 6 nəfər qrup üzvü saxlanılıb. Onlar son bir ayda kənddə bir neçə evdən külli miqdarda pul və 30 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.

Məlum olub ki, dəstəyə başçılıq edən kənd sakini 20 yaşlı Elşən Aslanov olub. O, 5 nəfərdən ibarət qrup təşkil edərək Minayə Aslanovaya məxsus mənzildən 60 min rus pulu, 400 ABŞ dolları və xeyli qızıl-zinət əşyaları götürərək aradan çıxıb.

Hadisəni törədən şəxslərin ətrafında əməliyyat axtarış tadbirləri həyata keşirən zaman onların Ramiz Quliyevə məxsus daha bir mənzili qarət etdikləri məyyən edilib. Dəstə mənzildən 20 min manatlıq qızıl-zinət əşyaları, daha bir mənzildən isə 5 min manatlıq qızıl-zinət əşyaları oğurlayıblar.

Saxlanılan Elşən Aslanov silsilə oğurluq cinayətini etiraf edib. Hadisəni isə imkansızlıqdan töratdiyini bildirib:

“Qrup üzvlərindən mənə ən yaxın olanı Qəhrəman idi. Oğurluğa əsasən onunla gedirdik. Girirdik sahibsiz evlərə. Otaqları gəzirdik. Əlimizə keçən pulu aramızda bölürdük, qızılları isə satırdıq”.

İstintaqa ifadə verən Qəhrəman Quliyevin ifadəsi isə bir qədər fərqlı olub. O, Elşənin toruna düşdüyünü, əldə olunan oğurluq puldan qara qəpiyə sahib olmadığını iddia etdi.

Qey edək ki, qrup üzvlərinin bir neçəsi hələ ki şübhəli şəxs qismində saxlandığından onların adları gizli saxlanılır. Faktla bağlı araşdırma aparılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm