İstanbul Modern Folk Topluluğu Qovlarda konsert verib
Bizi izləyin

Qırmızı.az

İstanbul Modern Folk Topluluğu Qovlarda konsert verib

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin təşkilatçılığı, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşavirliyinin dəstəyi ilə ölkəmizə səfər etmiş İstanbul Modern Folk Topluluğu Qovlar şəhərində konsert proqramı ilə çıxış edib.

Millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Qənirə Paşayeva çıxışında onların dəvətini qəbul edib Azərbaycanın ön cəbhə rayonlarından olan Tovuzda,Qovlar şəhərində konsert proqramı ilə çıxış etdiklərinə görə İstanbul Modern Folk Topluluğuna təşəkkürünü bildirib.

Azərbaycan və Türkiyənin ümummili lider Heydər Əliyevin dediyi kimi "bir millət iki dövlət" olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva "arzu edirəm ki, Türkiyədən gəlmiş dostlarımızla gələn bu cür tədbirlərimizi Ali Baş komandanın rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda,Xankəndində, Xocalıda, Şuşada və digər o gözəl torpaqlarımızda da qeyd edək”.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, Türkiyə səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan ümummili lider Heydər Əliyevin dediyi kimi "bir millət iki dövlət" olan Azərbaycan və Türkiyə arasında əlaqələrin getdikcə genişlənməsinin sevindirici olduğunu deyiblər və bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Həm Türk sənət musiqisi nümunələrini, həm də Azərbaycanın böyük bəstəkarlarının əsərlərini ifa edən İstanbul Modern Folk Topluluğunun çıxışları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Konsert proqramının sonunda Türkiyəli sənətçilər tamaşaçılarla birlikdə sözləri Əhməd Cavada, musiqisi dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyova məxsus "Çırpınırdı Qara dəniz baxıb Türkün bayrağına..." mahnısını ifa ediblər və hər kəs Azərbaycan bayrağını Qarabağdan asacağıq deyə birlikdə oxuyaraq bitiriblər.

Millət vəkilinin təkrar konsert dəvətini böyük məmnuniyyətlə qəbul edən qonaqlar ön cəbhə rayonu olan Tovuzda təkrar konsert verməkdən böyük məmnuniyyət duyacaqlarını deyiblər və dəvəti böyük məmnuniyyətlə qəbul etdiklərini deyiblər. Sonda Türkiyəli sənətçilərə Azərbaycan mədəniyyəti və incəsənətini özündə əks etdirən hədiyyələr təqdim olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm