Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücülər xılas edildi
Bizi izləyin

Qırmızı.az

Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücülər xılas edildi

Qobustan rayonu, Bakı-Şamaxı yolunun 99-cu kilometrliyində yol qəzası baş verib. Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına istinadən verdiyi xəbərə görə "Opel" markalı minik avtomobili ilə "Volkswagen" markalı mikroavtobusun toqquşması nəticəsində yol-nəqliyyatı baş verib.

Hadisə zamanı hər iki sürücü sıxılmış vəziyyətdə qalıblar. Ona görə də əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaçları cəlb olunub. Avtomobildə sıxılıb qalan sürücülər xilasedicilər tərəfindən xüsusi alət və avadanlıqlar la çıxarılaraq xəstəxanaya yerləşdiriliblər. Xəsarət alan sürücülərin kimliyi araşdırılır.

Faktla bağlı yol polisi araşdırmalara başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm