Tansu Çillərin ayağı qırıldı
Bizi izləyin

Qırmızı.az

Tansu Çillərin ayağı qırıldı

Türkiyənin sabiq baş naziri Tansu Çillərin qəza nəticəsində ayağı qırılıb.

ANS TV-nin məlumatına görə, o, İzmirdən xüsusi təyyarə ilə İstanbula gətirilərək Acıbadem xəstəxanasına yerləşdirilib. Topuğu qırılan eks baş nazirin səhhəti ilə bağlı hələlik ətraflı məlumat verilməyib.

Tansu Çillər Türkiyənin və türk dünyasının ilk qadın baş naziridir. Sabiq Süleyman Dəmirəlin hakimiyyətin dönəmində baş nazir seçilib. Müxtəlif dövrlərdə İstanbul millət vəkili olan xanım Çillər, 1996-1997-ci illər arasında Türkiyənin xarici işlər naziri vəzifəsində də çalışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm