Ən güclü tufan yaxınlaşır
Bizi izləyin

Qırmızı.az

Ən güclü tufan yaxınlaşır

Yaponiyanın Okinava prefekturasının hökumət orqanları əhalini “Neoquri” tufanının yaxınlaşması ilə əlaqədar zəruri olan bütün ehtiyat tədbirləri görməyə çağırıb.

Publika.az “AzərTac”a istinadən xəbər verir ki, ölkənin Meteorologiya Xidmətinin məlumatına əsasən, bu, son bir neçə on ilin ən güclü tufanı olacaq.

Koreya dilindən tərcümədə “yenot” mənasını verən tufan hazırda saatda 20 kilometr sürətlə Okinavanın cənub-şərq sahillərinə yaxınlaşmaqdadır. İyulun 8-də səhər saatlarında tufanın adaya çatacağı gözlənilir.

“Neoquri”nin mərkəzində küləyin sürəti saniyədə 70 metrə çatır. Şose yolunda belə külək avtomobili asanlıqla çevirə bilər. Tufanın Okinava sahillərində 14 metr hündürlükdə dalğalar yaradacağı bildirilir.

Bununla əlaqədar, hökumət orqanları əhaliyə sahilə yaxınlaşmamağı və bütün qayıqları təhlükəsiz yerə köçürməyi tövsiyə edib. Eyni zamanda, daşqınlar və torpaq sürüşmələrinə qarşı da tədbirlər görülür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm